Menu

Rusiya “Açıq Səma Sazişi”ndən çıxdı

07.06.2021, 20:33
Rusiya “Açıq Səma Sazişi”ndən çıxdı

Rusiya Prezidenti Vladimir Putin “Açıq Səma Sazişi”nin denonsasiyası barədə qanunu imzalayıb.

Bu barədə Rusiya Dövlət Hüquq İnformasiya Sistemində qeyd edilib.

“Açıq Səma Sazişi” soyuq müharibədən sonra Avropada etimadın artırılması tədbirlərindən biri idi.

O, 34 üzv dövlətin bir-birinin hərbi qüvvələri və fəaliyyətləri barədə açıq şəkildə məlumat toplamağa imkan verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol