Menu

Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - RƏSMİ

08.06.2021, 11:13
Araz Musayevin qanunsuz tikintisi dayandırıldı - RƏSMİ

Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi.

"AzPolitika" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən "Unikal.org"a bildirilib ki, artıq məsələ öz həllini tapıb.

Belə ki, agentliyin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb.

Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi.

Şərhlər

Rəsul 2021-06-08 13:33:53

Əgər bu tikinti qanunsuz idisə işdən çıxarılanadək niyə durdurulmamışdı? Bu suala kim cavab verəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol