Menu

"Biz camaatın qabağına necə çıxaq?" - Deputat

08.06.2021, 12:58
"Biz camaatın qabağına necə çıxaq?" - Deputat

“Niyə görə bizim büdcəmiz 80 milyard deyil, 20 milyarddır. Əgər deyilirsə korrupsiya olmamalıdır, demək olmamalıdır. Deyiriksə qiymətlər bahadır, demək baha olmamalıdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

“Biz yerlərə indi gedəcəyik. Biz camaatın qabağına necə çıxaq? Axı siz çıxmırsınız. Ona görə də hər problemi bizə deyirlər. Biz bir şeyi qurmamış köhnəni dağıdırıq. Bir təhsil qanununu on ilə qəbul etdik. Bizim təhsilimiz olmasa, irəli gedə bilmərik. Biz son yüzilliklərdə elm və təhsil sahəsində geri getmişik. Xahiş edirəm, hökumət təhsil sistemini yenidən qursun”, - o bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, hamı birlikdə yığışıb problemləri aradan qaldırmalıdır.

Şərhlər

Niyaməddin 2021-06-08 16:11:14

Yazıq camaat...

esger 2021-06-08 15:18:37

Axı deputat düz deyir Ancaq bu fikir niyə tətilə çıxan vaxtı yada düşür , daim səslənmir

Veteran 2021-06-08 14:36:55

Tamamilə doğrudur.Alqışlayırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol