"Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin Qarabağa heç bir aidiyyəti yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, TASS agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Primakov qiraəti" forumundakı çıxışını yayımlayıb. Yuxarıdakı fikir həmin çıxışdan sitatdır.
Lavrov həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasında təkcə bu iki ölkə deyil, həm də danışıqlar prosesində rəyi nəzərə alınmalı olan Rusiya, Türkiyə və İran da maraqlıdır.
Lavrov qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə əlaqələndirilməlidir, lakin indi bu məsələyə yox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır.
“Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrləri yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdır, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı çıxışında bildirib.
Güntəkin
“AzPolitika.info”


Şərhlər
Heç bir statusdan söhbət gedə bilməz.erməni dığası,deyəsən,hərifləyir.Azəırbaycan öz ərazilərində statusu,ancaq özü müəyyənləşdirir.
Statusun tezi, geci yoxdur....Türk gəlir Türk, .........lə başınızı bir edəcək, ..
Ay sən öləsən,qoca çaqqal.Yerinizi bərkidib status məsələsini yenidən qaldıracaqsınız.........
Lavrov ve ya MQ hemsedr ölkeleri kşmdir ki Qarabsğın statusu meselesini hell etsin.Bu Azerbaycanın özü hell etmeli olduğu meseledir .Prexident də bu barede deyib statys cehenneme getdi,görbagör oldu.Qısa vər konkret.Putin ,Makron ve ABŞ şstsyifler öx yorosqlarında bu çaqqallara stafus versinler.Russiye status verirdise Putin Çeçenistana status bererdi daha bu xalqı niye qan içinde boğurdu,halbuki Dağıstan be Çeçenistan heş vaxt rus totpağı olmayıb ancaq Qarabağ. hemişe bixim olub ve bizim olacaq.