KREDİT BORCLARI GECİKDİRİLİRSƏ... - Ali Məhkəmə izah verdi

Ali Məhkəmə kredit müqaviləsi üzrə borc öhdəliyinin gecikdirildiyi halda kreditorla borclu arasında münasibətlərin necə tənzimlənməsi hallarına aydınlıq gətirib.

Ali Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsini şərh edərək tərəflər üzərinə düşən öhdəlikləri izah edib.

Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin.

Ali Məhkəmənin rəyinə əsasən, əgər tərəflərin mübahisəsi məhkəmə predmetinə çevrilərsə, məhkəmələr həmin hal üzrə illik beş faizin tutulmasına dair tələbi təmin etməlidir. 

635x100

Şərhlər

Vəzirov 2021-06-10 22:46:16

Bu qnunn qəbuledilməzdir.Şəxsdə pul varsa o niyə ödəməsin ki? Deməli imkanı olmayıb. Nelə halda şəxsi daha 5 faiz yükləmək hummanizmdən uzaqdır və qanuni sayılması doğru deyil.Məhkəmə ilk dəhə vaxt verməli,gecikmə səbəbini öyənməli və hummabust mövqe tutmalıdır..axə bu Xalq məhkəməsidir,Korrupsionerlərə xismət etməməlidir.

Son yazılar