ABŞ Əfqanıstanla bağlı Pakistanla hərbi danışıqlar aparıb - ABŞ Milli Təhlükəsizlik müşaviri

Əfqanıstanın gələcəkdə ABŞ-a hücum edə biləcək terror qrupları üçün bazaya çevrilməməsini təmin etmək üçün ABŞ Pakistanla danışıqlar aparıb. “The Express Tribune”un xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) keçirdiyi mətbuat konfransında ABŞ-ın Pakistanda pilotsuz uçuş təyyarə bazasına malik olması ilə bağlı sualı cavablandırarkən deyib.

C.Sallivan bildirib ki, Əfqanıstanın Əl-Qaidə, İŞİD və digər terrorçu qruplaşmaları üçün gələcəkdə ABŞ-a hücum edə biləcək bir bazaya çevrilməməsini təmin etmək üçün Pakistanla hərbi, kəşfiyyat və diplomatik kanallarda konstruktiv müzakirələr aparılıb: “Amma spesifik cəhətdən, biz bu kanallarla işləyərkən də xüsusi kanallardan istifadə etməli olacağıq. Onu deyə bilərək ki, Əfqanıstandakı terror təhlükəsini yatırmaq üçün bir sıra ölkələrlə həm kəşfiyyat, həm də müdafiə baxımından təsirli, uzunmüddətli qabiliyyətlərimizi necə qurmağımızla bağlı danışıqlar aparırıq”.

Bu arada “Geo News” xəbər verir ki, Xarici İşlər naziri Şah Mahmud Qureyşi Pakistanın ABŞ-a hərbi bazalarını verməkdən imtina etdiyini açıqlayıb. Mayın-26-da C.Sallivan Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri vəzifəsini icra edən Həmdullah Mohib ilə danışığında deyib ki, ABŞ qoşunları ölkədən çıxarkən ölkəsi Əfqanıstan hökuməti və əfqan xalqı ilə sıx əlaqədə olacaq. C.Sallivan, ABŞ-ın Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə davamlı təhlükəsizlik yardımı və əfqan xalqına mülki yardım planlarını da açıqlayıb.

L.SƏMLA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar