"BMT-nin TANIDIĞI SƏRHƏDLƏRİ DƏYİŞMƏK OLMAZ" - Ter-Petrosyan

“Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən seçki təbliğatı ilə bağlı mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan sərhəd xətti tanınmalıdır.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz”- deyə eks-prezident bildirib.

Bununla Ter-Petrosyan faktiki olaraq, Qazaxın işğal alıtndakı 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasının lazım gəldiyini açıqlayıb.

Görünür, sərhədlərimizi pozan erməni əsgərlərin başına dəyən sillələr Ermənistanın siyasət adamlarını da ağıllandırmağa başlayıb...

Güntəkin

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2021-06-10 18:54:44

Dünya zor dünyasıdır,eger ermeniler bu faşist ermeni prezidentlerinin vaxtında Aarabağı sulh yolu ile qaydarsaydılar ve hemsedr ölkelerde azacıq da olsa insanluq vizdan olsaydı 2-ci Qarabağ müharibesinde bu qeder Şehid vermeye ehtiyac qalmazdı bu qeder nahaqq qanlar tökülmez bu qeder üşaq atasız qadınlar aile başçısız qalmazdı.Bunlar hele de bir çox milletlere ve onların rehberlerine ders olmur

Son yazılar