"Qəbələ" "Gənclər Kuboku"nun qalibi oldu
Baxiş sayı:
Dərc olunub:
10/06/2021 - 21:17
AFFA-nın təşkil etdiyi "Gənclər Kuboku"nda final oyunu keçirilib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada "Qəbələ" və "Sabah"ın U-19 komandaları üz-üzə gəliblər.
"ASCO Arena"da baş tutan matçın əsas vaxtı qolsuz bitdiyindən görüşün taleyi əlavə vaxtda həll olunub. Rəqibini 1:0 hesabı ilə məğlub edən əyalət təmsilçisi kuboka sahib çıxıb. Həlledici qolu 102-ci dəqiqədə Mehrac Baxşəli vurub.
Qeyd edək ki, "Qəbələ"nin U-19 komandası 1/4 finalda “Keşlə”ni (3:2, 3:1), yarımfinalda isə “Qarabağ”ı (1:1, 3:2) mübarizədən kənarlaşdırıb. Bu, "qırmızı-qaralar"ın cari mövsümdə qazandığı ikinci kubokdur. Daha əvvəl U-17 bu yaş qrupu üzrə kubokun qalibi olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.