Menu

“Bakı Çinar Soyuducuları” zavodunın zərəri 28 % artıb

12.06.2021, 11:54
“Bakı Çinar Soyuducuları” zavodunın zərəri 28 % artıb

“Bakı Çinar Soyuducuları” ASC ötən ili 142 min manat zərərlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,9 % çoxdur.

Ötən il “Bakı Çinar Soyuducuları”nın əməliyyat gəliri 360,9 min manat (illik müqayisədə 33,3 % çox), sair əməliyyat gəliri 699 min manat (2,3 dəfə çox), o cümlədən istifadə edilmiş material ehtiyyatları 323 min manat (77,5 % çox), işçi heyəti üzrə xərclər 75,7 min manat (40,2 % çox), amortizasiya xərcləri 144 min manat (17,7 % az), sair əməliyyat xərcləri isə 659 min manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Çinar Soyuducuları”nın aktivləri 4,965 milyon manat olub ki, bu da, illik müqayisədə 5,5 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri dəyişməyərək 2,367 milyon manat, balans kapitalı isə 10 % azalaraq 2,598 milyon manata enib.

Xatırladaq ki, “Bakı Çinar Soyuducuları” kommersiya qurumu kimi 1959-cu ildən fəaliyyət göstərən Bakı Soyuducular zavodunun bazasında 2002-ci ildə yaradılıb. Zavodun nizamnamə kapitalı 1,781 milyon manatdır.

Şərhlər

Vahid 2021-06-12 12:24:49

Bu zavodun nə istehsal etdiyi,orada işçilərin sayı,bəlli olnadlğlndan və "Bakl" və ya "Çinar" markalı soyuduculara mağazalarda rast gəlinmədiyindən belə bir möhtəşəm zavodun nə etdiyi vətəndaşlara bəlli deyilAxı zavodun 500-300 və daha qrtıq işçisi və istehsak etdiyi məhsul tanınar.ua

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol