Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.
Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.
"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.


Şərhlər
Mikayıl Rzaquliyevin "Babəkin andı" əsərini oxumaq lazımdır.Eyni zamanda C.Cabbarlının "Oqtay Eloğlu" pyesini dı oxumaq pis olmazdı. Babək bizim tarixə zorla soxuşdurulub...
Babək bizim milli mənsubiyyətimizi tərənnüm edən igid və azadlıq üçün vuruşan qəhrəmanımızdır Həzi Aslanov kimi, Polad Həşimov kimi, Mübariz İbrahimov kimi. Onun əsl adı Həsən olub və heç də atəşpərəst olmayıb və müsəlman olub..... O zalım xilafətə qarşı vuruşub, hansılar kı, zülm və işğal siyasətini aparırdılar. Tarixini unudan bir millət manqurtlaşar və yalançı xalq adı altında itb batar.
Xeyir Babək bizim qəhrmandır o ərəb işqalçılarla vuruşurdu dini bura qatmayın tarixi rəsmi kitablardan oyrənin məclislərdə aparılan söhbətlərdən yox
Heç də doğru münasibət deyil!? Rica edək ki, Nizami RİHB öz dəyərli təşəbbüslərini əsaslandırsınlar! Cəmiyyət də əmin olsun ki, dərin tarixi Babək, misall üçün N.Tusi və M.F.Axundovdan önəmli tarixi insandır?
Babək bizim qəhrəman deyil. O, haram həyat sürənlərin qəhrəmanıdır.