Menu

Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

13.06.2021, 10:14
Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdəki səhifəsində bildirib.

Məlumata görə, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər.

Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk kalibrli pulemyot və xeyli sayda döyüş sursatı aşkarlanıb.

Şərhlər

Niyaməddin 2021-06-13 18:00:37

Sən çox yaşa Türkiyəm!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol