Menu

"Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik" - Paşinyan

13.06.2021, 11:11
"Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik" - Paşinyan

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Şərhlər

esger 2021-06-13 13:13:42

Səni edizdirəçəklər bu mina xəritələri

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol