Menu

“Rusiya sabitliyi pozur və bədniyyətlidir” - G7 ölkələri

14.06.2021, 00:04
“Rusiya sabitliyi pozur və bədniyyətlidir” - G7 ölkələri

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Rusiyanı sabitliyi pozan davranışa və bədniyyətli fəaliyyətə son qoymağa çağırıblar.

«Biz, bir daha Rusiyanı sabitliyi pozan davranışa və bədniyyətli fəaliyyətə son qoymağa çağırırıq. Xüsusilə, o, digər ölkələrin demokratik sistemlərinə müdaxiləni dayandımalıdır» - G7 sammitinin yekun kommünikesində deyilir.

Bu zaman «yeddilər» bəyan edib ki, Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaqda maraqlıdır.

«Biz Rusiya ilə stabil və proqnozlaşdırıla bilən münasibətlərdə maraqlıyıq və maraqlı olduğumuz sahələrdə əməkdaşlığı davam etdirəcəyik» - sənəddə deyilir.

Yekun komyünikenin digər bəndi isə kibercinayətkarlığa və Çinin artan təsirinə qarşı durmaq məsələsi olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol