Menu

Rusiyada ata qızını qətlə yetirdikdən sonra oğlunu, arvadını və özünü bıçaqlayıb

14.06.2021, 09:49
Rusiyada ata qızını qətlə yetirdikdən sonra oğlunu, arvadını və özünü bıçaqlayıb

Rusiyanın Omsk bölgəsində 9-cu sinif şagirdi atası tərəfindən vəhşicəsinə qətlə yetirilib, bıçaq xəsarətləri alan anası və qardaşı isə xəstəxanaya yerləşdirilib.

APA "İnsident Omsk"a istinadən xəbər verir ki, hadisə məktəbli qızın atası tərəfindən törədilib.

Tavriçeski rayonunun Pristan kəndində baş verən hadisə zamanı 4 uşaq atası özünə də xəsarət yetirib. Onun həmin gün sərxoş olduğu bildirilib.

Rusiya İstintaq Komitəsinin Regional İdarəsində qətl faktı ilə bağlı cinayət işi açılıb.

Cinayəti törədən şəxs saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol