Menu

Qurban Qurbanov Şenol Güneşlə görüşdü

14.06.2021, 10:29
Qurban Qurbanov Şenol Güneşlə görüşdü

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmalar üçün paytaxtımıza gələn Türkiyə millisini hoteldə ziyarət edib.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Görüş zamanı Qurban Qurbanov Türkiyə millisinə uğurlar arzu edib və Azərbaycan xalqının dəstəyini ifadə edib.

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş isə azərbaycanlı həmkarına imzalı forma hədiyyə edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol