Menu

“Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb” - Vitse-spiker

14.06.2021, 12:41
“Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb” - Vitse-spiker

“Gürcüstanın Azərbaycan və Ermənistanla birgə bölgədə sülh və təhlükəsizliyi təmin etməsinə hazırlığı Qərb tərəfindən layiqincə qiymətləndirilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze deyib.

O bildirib ki, strateji tərəfdaşların Gürcüstanı çətin problemin həllində vasitəsçi kimi görməsi vacibdir.

Vitse-spiker qeyd edib ki, Gürcüstan hökuməti İrakli Qaribaşvilinin başçılığı altında regionda əmin-amanlıq və təhlükəsizliyin təminatında tarixi rol oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol