NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni müavin təyin olundu + DOSYE

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiya naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub. O, bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.

Rövşən Mürvət oğlu Rüstəmov 1980-ci ildə İmişlidə anadan olub.

1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir.

635x100

Şərhlər

Rabitəçiyə 2021-06-28 23:02:28

Mənim yaşım keçib, vəzifəyə ehtiyacım yoxdur, 40-ilə yaxın əmək stajım var, artıq bəsimdir. Dəyərli bir ailənin başçısıyam, ən böyük dövlət sağlam ailə deməkdir. Mən həqiqəti yazıram. Rabitə cənab Prezidentimizin son sərəncamları ilə öz əvvəlki nüfuzunu özünə qaytaracaqdır...Mən cənab Naziri və Nazir müavini Rövşən Mürvət oğlunu yaxşı tanıyıram, onlar əsl peşəkar rabitəçilərdir və rabitənin əvvəlki nüfuzunu özünə qaytaracaqlar, İnşallah ! Bu yolda onlara uğurlar arzu edirəm !

Rabitəçiyə 2021-06-27 19:49:13

Şər-şəbətəsən haaa... Səni onsuz vəzifəyə qoymayacaqlar, niyə özünü dağıdırsan

Positrona 2021-06-27 19:46:44

Niyə bilmir?.. 2 dənə mobil telefonu var...

Veterana 2021-06-26 23:32:12

Naftalin iyi verənlər hələ iş başındadırlar... Naftalin iyinin sağ əli onların başına.... Rüstəm müəllim cənab Nazirlə rabitənin əvvəlki nüfuzunu özünə qaytaracaqlar. Uğurlar !!!

Veteran 2021-06-25 10:49:18

Bu NAFTALİN iyi verəni axır ki çıxartdlılar...RUS başlardandır. Rüstəm Mürvətoğluna isə uğurlar.Sifətindən NUR tökülür.

Positrona 2021-06-24 10:09:12

Siz uşaq adlandılrdınız şəxs peşəkar bir Rabitəçidir ! Təmiz vicdanlı, ciddi və tələbkar bir Rabitəçidir ! Atası Mürvət müəllim uzun müddət İmişli Poçtuna rəhbərlik edib. Pövşən müəlim rabitəçi ailəsində böyüyüb,boya-başa çatıb, özü də gnc yaşlarında rabitə sahəsində işəyib və mühüm vəzifə sahibi olub. İşlədiyi müddət ərzində heç bir neqatif halara yol verməyib, öz xidmətləri ilə daim rəhbərliyin etimadını qazanıb. Ona görə də tanımayan bir adam haqqında xoşagəlməz söz işlətməyiniz məsləhət deyil...

Rabitəçiyə 2021-06-22 17:03:37

Əli Abdullayevin Nazirin Birinci müavini vəzifəsində işləməsi, birinci növbədə rabitəçilərə hörmətsizlikdir.......? Bu adam yerlərdə də rabitəni komnaxoz idarəsinə döndəribdir ?

Rabitəçiyə 2021-06-21 20:18:07

Əli Abdullayev işdən azad olunması düz olmaz,hələ belə dəhşətli neqativliklə məşğul olan bəlkədə ölkə üzrə ikincisi yoxdur.

Rabitəçi 2021-06-20 23:27:27

Elmir Vəlizadə həbs olunmalıdır,çünki onun adı korrupsiyada hallanır...?

S.Ənvərqızı 2021-06-19 15:43:36

Elmie Vəlizadənin işdən azad olunması, rabitənin işkişafına qədəm qoyulması deməkdir !

Rabitəçi 2021-06-17 21:15:02

Rabit' nazirinin birinci müavini Əli Abdullayev də işdən azad olunsa, rabitə tam olaraq inkişafa qədəm qoyar ? Belə bir adamın nazir müavini postunun tutması dövlətimizin imicinə öz mənfi təsirini göstərir ? Onunda vaxtı çatacaq tezliklə ???

Qocayeva 2021-06-17 15:28:07

Elmir Vəlizadə rabitəni məhvə apararaq kolxoz idarfəsinə döndərib. Yaxşı kadrları, qeyri-peşəkar kadrlarla əvəz edib. Onu işdən azad etməklə kifayətlənmə olmaz. Ona görə ki, o milyonlara sahib olub, ayda 30,0 min manat paçet alıb. 14-il nazir müavini vəzifəsini tutub. 14-ildə ( 14 x 12x30,0 min =5040000) 5040000 min manat yalnız paçet alıb, digər gəlirləri ...... qanunsuz yolla milyonlar əldə edən adamı sərbəst buraxmaq, gələcək dövlətimiz üçün təhlükə mənbəyidir ? Həbs olunmalı, başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər.

esger 2021-06-16 09:41:54

Bizə təqdim edilən tərcumeyi halından mən acığı bu sahədə kifayyət qədər təcrübəni görmədim

İ.İsmayıl - Şəki 2021-06-16 00:10:47

Cənab Prezidentin Sərəncamı ilə Elmir Vəlizadə NRYTN - nin müavini vəzifəsindən azad edilməsi, yerinə Rövşən Rüstəmovun təyin olunması Rabitənin əvvəlki nüfuzunun özünə qaytarılmasından xəbər verir. Rövşən müəllim Rabitə ailəsində böyüyüb boya-başa çatmışdır. Atası Mürvət müəllim uzun müddət İmişli rayonunun Poçt Flilaının rəisi olmuşdur. Rabitə peşəsi səmimi insanların sahəsi hesab edilir. Rabitə ailəsində böyüyən Rövşən müəllim özü uzun müddət Azərpoçt MMC-nin Əməliyyatlar şöbəsinə rəhbərlik etmiş, öz xidmətləri ilə daim rəhbərliyin etimadını doğrultmuşdur. "Ot kökü üstə bitər" deyiblər. Rabitə ailəsində böyüyüb, boya-başa çatan peşəkar rabitəçi olan Rövşən müəllim, öz xidmətləri ilə cənab Prezidentin və cənab Nazirin etimadını doğruldacaq və cənab Nazir Rəşad Nəbiyevlə əl-ələ verərək Rabitənin nüfuzunu özünə qaytaracaq və rabitəmizi inkişaf etmiş dövlətlər arasında öz layiqli yerini tutacaqdır. Uğurlar !!!

Positron 2021-06-15 14:16:04

Bu uşaq bilir rabitə nədir?!...

Rabitəçi. 2021-06-15 11:03:36

Şükür Allahın varlığına,bu adam adi bir balaca idarəni idarə edə bilməzdi,təsədüfən həyat onun üzünə iki dəfə gülüb,nazir müavini olub,amma onun yerində qərarları Əli Abdullayev verirdi,hələki Əli Abdullayev yerində möhkəm dayanıb...

Son yazılar