Menu

"Seçkilərdən sonra qarşıdurma istisna edilmir" - Koçaryan

15.06.2021, 12:40
"Seçkilərdən sonra qarşıdurma istisna edilmir" - Koçaryan

“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir".

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir: “Əlbəttə, bu, arzu edilən variant deyil. Ancaq onu da tamamilə inkar etmək olmaz”.

Koçaryanın fikrincə, bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq: “Əgər Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. Mütəxəssislər hesab edir ki, Koçaryan bu açıqlaması ilə mövcud hökuməti hədələyib. O demək istəyir ki, başçılıq etdiyi blok bu siyasi kampaniyanın qalibi olmasa, iğtişaş törədəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol