Menu

“ATƏT Cənubi Qafqazda fəal iştirak edəcək” - Baş katib

15.06.2021, 14:54
“ATƏT Cənubi Qafqazda fəal iştirak edəcək” - Baş katib

ATƏT-in Baş katibi Helqa Maria Şmid Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

ATƏT rəsmisi Azərbaycan və Ermənistan arasında etimadın bərpasında göstərdiyi dəstəyə görə Gürcüstana minnətdarlıq bildirib. “Bu, ATƏT də daxil olmaqla müxtəlif iştirakçıların uğurlu əməkdaşlığının nümunəsi oldu”.

H.M.Şmid görüşdə regional əməkdaşlığa dair müzakirələr aparıldığını deyib: “ATƏT bu prosesdə çox fəal iştirak edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol