Menu

"Azərbaycan, Ermənistanda etimadın təşviqi Aİ-ABŞ əməkdaşlığının nümunəsidir" - Şarl Mişel

15.06.2021, 20:42
"Azərbaycan, Ermənistanda etimadın təşviqi Aİ-ABŞ əməkdaşlığının nümunəsidir" - Şarl Mişel

“Azərbaycan və Ermənistanda etimad tədbirlərinin təşviqi Avropa İttifaqı və ABŞ arasında səmərəli əməkdaşlıq nümunəsidir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel tvitter hesabında yazıb.

O, Aİ və ABŞ-ın regional münaqişələrin həlli üzrə birgə iş apardığını qeyd edib.

Ş.Mişel Amerika ilə məhsuldar əməkdaşlığın digər nümunəsi kimi Gürcüstanda siyasi partiyaların parlamentə qayıtmasını göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol