Azərbaycan Standartlaşdırma İnstitutunun xalis mənfəəti 4 dəfə azalıb

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2020-ci ili 33 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,8 dəfə azdır.

Ötən il AZSTAND-ın vergiyəqədərki mənfəəti 42 min manat (əvvəlki ilə nisbətən 3,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manat (4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə İnstitutun aktivləri 6,093 milyon manat olub ki, bu da illik müqayisədə 0,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 3,7 dəfə azalaraq 17 min manata düşüb, balans kapitalı isə 0,5% artaraq 6,076 milyon manata çatıb.

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar