VƏTƏN MÜHARİBƏSİ QAZİSİ VƏFAT ETDİ - 12 gün əvvəl komaya düşmüşdü

Vətən müharibəsi döyüşlərində yaralanan və 12 gün əvvəl komaya düşən Zeynal Fizuli oğlu Şahhüseynov dünyasını dəyişib. Bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, Z.Şahhüseynov 44 günlük Vətən müharibəsi zamanı kəllə-beyin travması alıb: “Müharibədən sonra Zeynal bir neçə dəfə müalicə olunub. 12 gün öncə komaya düşdü, daha sonra onu Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiridik. O, bu gün xəstəxanada dünyasını dəyişdi”.

Z.Şahhüseynovun ailə üzvlərinin sözlərinə görə, mərhum Masallı şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Z.Şahhüseynov Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. O, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb və hospitala yerləşdirilib.

Z.Şahhüseynov ailəli idi, azyaşlı qızı əmanət qalıb.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Azər 2021-06-24 20:55:08

Yerin həm Cənnətdə, həm də ürəyimizdədir...

Xalq 2021-06-19 22:25:58

Allah şəhidə rəhmət eləsin! Allah ailəsinə səbr versin! Allah o bircə balasını qorusun!

Milli balta 2021-06-17 09:40:13

Allah rəhmət eləsin!

JJ 2021-06-16 18:07:38

Allah Rehmet elesin!

omar 2021-06-16 15:45:38

Allah rəhmət etsin.Birmənalı şəkildə Şəhid statusu verilməlidir.

Son yazılar