Menu

Hərbi səbəblərlə əlaqədar daha 7 nəfərin əlilliyi ləğv edilib

17.06.2021, 15:18
Hərbi səbəblərlə əlaqədar daha 7 nəfərin əlilliyi ləğv edilib

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. Qalan şəxslərdən 7-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, 3-nün tam reabilitasiya olunduğu müəyyən edilib, 1-nə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.

Şərhlər

Aborigen 2021-06-17 15:48:29

Saxtakarlıqla pensiya alanlara heç kim haqq qazandıra bilməz. Belə halların qarşısı mütləq mənada alınmalıdır. Ancaq mən bir məsələni qana bilmirəm: necə olur ki, çox da böyük olmayan məbləğdə pensiya alanların və ya almaq istəyənlərin qarşısı dərhal alınır, ancaq dövlətin milyonlarını talamış, talayan və talamağa hazırlaşanların qarşısı demək olar ki alınmır? Alınsa da elə belə, kosmetik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol