RUSİYA XİN ŞUŞA BƏYANNAMƏSİNƏ MÜNASİBƏT BİLDİRİB - Açıqlama

“Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən deyib.

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

635x100

Şərhlər

esger 2021-06-18 10:31:43

Azərbaycanın daxili işidir kimlə və hansı müqavilələri baqlamaq.Öz torpagımızda beynəlxalq normaların çərçivəsində nə istəsək edə bilərik

Aydın 2021-06-18 07:17:18

Alkashka

Mahir Əliyev 2021-06-17 22:35:06

Belə partlayacaqsınız.Ay donuzlar.

t.ədalət 2021-06-17 20:20:22

erməni Lavrov çox şeylər fikirləşə bilər.Əsas odur ki,biz qardaş Türkiyə ilə vacib sənədi imzaladsıq.ermənisayaq Zaxarovanın fikirləri özü üçün yük olacağ.

asi 2021-06-17 19:03:52

kimnen ne imzalamaq Azerbaycanin oz isidir.rusiyanin ozude 3 cu terefdir.ama bu munaqisede 2 teref var biz ve siz.isgenderi bize 6 ci teref atmamisdi.

Son yazılar