Ermənistanın keçmiş prezidenti, uşaq qatili Serj Sarkisyan Baş nazir əvəzi Nikol Paşinyanın 20 iyun parlament seçkisi öncəsi siyasi opponentlərinə çəkic göstərməsini pisləyib.
"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan onun rəhbərlik etdiyi blokun istənilən zorakılığa sərt müqavimət göstərəcəyini deyib.
Bundan əvvəl Sarkisyan Ermənistanın şimalındakı Vanadzor şəhərində apardığı seçki kampaniyasında Paşinyanı hakimiyyətdə qalmaq naminə vətəndaş müharibəsi başlatmağa hazır olmaqda ittiham etmişdi.
Nikol Paşinyan son günlərdə keçirdiyi mitiqnlərdə əlindəki çəkici yelləməklə çıxış edir. O bəyan edir ki, çəkic hakimiyyətin əldə edəcəyi “polad mandatı” simvolizə edir: “Seçkidən dərhal sonra sizinçün gələcəyik. Sonra deməyin ki, sizə xəbərdarlıq etməyiblər”.
Uşaq qatili Sarkisyan Vanadzorda keçirdiyi mitinqdə buna cavab olaraq deyib: “Onun əlində nə olduğunu görürsünüz, eləmi? Məncə o istəyir ki, kimsə bu çəkici onun əlindən alıb başına vursun. Bəlkə ondan sonra bunun nə olduğunu başa düşər”.
Sarkisyan deyib ki, onun komandası Paşinyanın hədələrindən qorxmur: “Mən görüşlərimdən birində demişdim ki, biz onun “polad inqilabına” daha bərk metaldan hazırlanmış qalxanla cavab verməli, o biri əlimizdə isə bizə çəkiclə yaxınlaşanların başına vurmaq üçün dəyənək saxlamalıyıq. Başqa yol yoxdur. Nə edə bilərik ki...”
Xatırladaq ki, Paşinyan iyunun 15-də Sünik vilayətində etdiyi çıxış zamanı da əlindəki çəkici nümayiş etdirirdi. O Sünik vilayətinin əksər kənd və şəhərlərinin seçkili merlərini tənqid etmişdi. Bu merlər 44 günlük müharibədən sonra Paşinyanın istefasını tələb edirdilər.
Paşinyan Sisyanda çıxış edərkən əlindəki çəkicə işarə ilə demişdi: “Baxın biz bununla bu paslanmış mismarları, müxtəlif bələdiyyələrdə dəstə bağlayan ədabazları çıxaracağıq. Biz bunu, elə bura da daxil, çox yerlərdə edəcəyik”.
Erməni mediası yazır ki, Paşinyana meydan oxuyan bələdiyyələrin bir çoxu Robert Köçəryanın müxalif alyansı ilə bağlıdır. Nikol Paşinyan aprel ayında Sünikə səfər edərkən etirazçıların təhqir və lağlağısı ilə üzləşmişdi. Baş nazir əvəzi bu dəfə Sünikə yüzlərlə maşından ibarət karvanla gəlmişdi. Bu səfəri zamanı onu çoxsaylı tərəfdarları da müşayiət edirdilər.
"AzPolitika.info"


Şərhlər
Allah sizi bundan da zəlil günə salsın, başdan xarablar! Ox, yay, nizə, qalxan götürməyi, zireh, dəbilqə geyinməyi unutmayın, eramızdan əvvəl olduğunu kimi, sərsəmlər! Sizə səmimi qəlbdən vətəndaş müharibəsi arzulayırıq! Amin!