“Youtube”-un Azərbaycan seqmentindəki ən populyar internet televiziyalarından biri olan “Xural TV”-nin iki yaşı tamam olub.
“AzPolitika.info” xəbər verir ki, “Xural” qəzetinin baş redaktoru olmuş tanınmış jurnalist Əvəz Zeynallının rəhbərlik etdiyi kanal 2019-cu il iyunun 18-də fəaliyyətə başlayıb.
Canlı yayına başlamasından 2 il ötən “Xural TV”-nin hazırda 93 mindən çox izləyicisi var və kanal xüsusən də obyektiv, cəsarətli mövqeyilə fərqlənir.
Həmkarlarımızı təbrik edirik!


Şərhlər
Təbrik edirəm, Əvəz by! Arzu edirəm, bizi də bir yad edəsən...