Menu

Bakıda mikroavtobus qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb

18.06.2021, 21:08
Bakıda mikroavtobus qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb

Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.

“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı aşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol