RUSİYANIN BOYNUNA KEÇİRİLMİŞ İLGƏY DARALMAĞA BAŞLAYIR – Kəskin kredit çatışmazlığı 2016-da başlayacaq

“Optimist Rusiyanın boynuna keçirilmış sanksiyalar ilgəyi daralmağa başlayır”. Böyük Britaniyanın ”The Financial Times” qəzetinin məqaləsi belə adlanır. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir:

Bu gün altı il əvvəlki dünya maliyyə böhranından sonra Rusiya bank sektoru üçün ən həyəcanlı dövr başlayıb. Rusiya bankları Avropa Birliyi və ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalar üzündən Qərbin maliyyə qurumlarındakı kreditlərdən məhrum olub. Dəyərdən düşən rubl rus istehlakçılarını öz bank hesablarındakı pulları çxararaq onu dollara çevirməyə vadar edib. Bu fakt və neftin qiymətinin aşağı yuvarlanması nəticəsində ölkəyə gələn dolların azalması bank sisteminin dollarla maliyyələşdırilməsində xeyli qıtlıq yaradıb. Bütün bunlara baxmayaraq, 2008-ci il böhranını və 1998-ci ilin defoltunu yaşayan rus istehlakçıları bu gün optimizm nümayiş etdirirlər. Onlar hələlik öz pullarını banklardan çəkmək üçün uzun növbələrdə dayanmayıblar. Banklar və digər tənzimləyici maliyyə orqanları hələ ki, çətinliklərin öhdəsindən gələ bilir. Amma əgər sanksiyalar uzun müddət ərzində saxlanılacaqsa, onda Rusiya iqtisadiyyatının və banklarının boynuna keçirilmış acınacaqlı “boyunduruq” ümumi vəziyyəti daha da ciddiləşdirəcək. Rusiya Mərkəzi Bankının 450 milyard dollar həcmində valyuta ehtiyyatı var ki, bu da ona rublun kursunun aşağı düşmə prosesinin ləngidilməsinə və cəmiyyətdəki təşvişin qarşısının alınmasına imkan yaradır. 2008-ci ildə də belə olmuşdu. Mərkəzi Bank sədrinin keçmiş müavini Sergey Aleksaşenko deyir ki, əgər bu ilin son kvartalında rus valyutasının qorunmasına böyük ehtiyac duyularsa, onda həmin məqsədlə bank 50 milyard dollar da sərf edə bilər. Həmçinin Mərkəzi Bank dolların azalmasının qarşısını almaq məqsədi ilə keçən ay təcili sürətdə çox baha qiymətə rublun dollarla dəyişdirilməsi tədbirini həyata keçirib. Mərkəzi Bankın idarə heyyətinin sədri Elvira Nabiulina bu ay bəyan edib ki, bank “REPO” adlanan qısa müddətli əməliyyat üzərində işləyir. Bu tədbir banklara yeddi gündən 28 günədək olan müddətə dollarla kredit verməyə imkan yaradacaq.

“Capital Economics” konsaltinq firması bildirir ki, Rusiyadakı kredit şərtləri son aylar nə qədər sərtləşsə də, hələlik bank kreditləşməsi 2008-ci ildəki səviyyədə olduğu kimi böhran vəziyyətinə düşməyib. Ancaq “Capital Economics” firması və digər analitiklər öz proqnozlarında sanksiyaların effekti nəticəsində kredit şərtlərinin daha da pisləşəcəyini söyləyirlər. Avropa Birliyi dövlət təşkilatları ilə əlaqəsi olan “Sberbank”, ”VTB”, ”Bank Moskva”, ”Qazprombank”, ”Rosselxozbank” və “Vneşekonombank”a öz kapital bazarından 30 gündən artıq müddətinə maliyyə almağa qadağa qoyub. AB kimi ABŞ-da Rusiyaya qarşı anoloji formada ölçü götürüb. Bu bankların beynəlxal kapital bazarından asılılığı hədsiz yüksək olmadığına görə, maliyyə bazarlarını analitik üsullarla araşdıran ”Standars and Poors” şirkəti bildirir ki, Rusiyanın bank sektoru dövriyyə vəsaitləri hesabına öz 57 milyard dollarlıq xarici borcunu 2015-ci ilin sonunadək ödəyə bilər. 2014-cü ilin birinci yarısında kooperativ depozitlər doqquz faiz yüksəlib. Lakin bu Rusiya şirkətlərinin ilin əvvəlindən indiyədək xaricdəki vəsaitlərinin qaytarılmasının cəmi bircə dəfə həyata keçirdiyi tədbir olub.

“Standard and Poors”-un kredit məsələləri üzrə analitiki Natalya Pavlovskaya mövcud şəraiti qiymətləndirərək deyib: ”İnvestorların etibarının azalması, ümumən Rusiya banklarının maliyyələşmə risklərinin çoxalması, əlavə olaraq da kapital axını və iqtisadi artımın ləngiməsi prosesi sanksiyaların dolayı təsirindən də güclü ola bilər”.

Elə məhz deyilən bu səbəblərə görə də Rusiya bankları Mərkəzi Bankın maliyyəsindən daha çox asılı vəziyyətə düşməyə başlayıb. Hazırda isə Rusiya banklarının toplam ödəməli olduqları borclarının 10%-i Mərkəzi Banka olan borclardır. Mərkəzi Banka olan borclanmanın ən pik göstəricisi 2009-cu ildəki qlobal ressesiyada 13% təşkil edirdi. Əgər Qərb tərəfindən tətbiq edilmiş sanksiyalar aradan qaldırılmayacaqsa, onda kreditlərin kəskin şəkildə çatışmaması 2016-cı ildə başlayacaq. Nəzəri baxımdan yanaşdıqda bu, böhrandan çıxmaq üçün müəyyən qədər ehtiyyat vaxt qazandırmış olur. Lakin bu gün Rusiya biznesindəki investorlar üçün əsas təhlükə Moskvanın öz fundamental geosiyasi maraqlarını iqtisadiyyatdan üstün tutmasındadır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar