Menu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyon manatlıq 2 tenderə yekun vurub

21.06.2021, 11:08
Dövlət Məşğulluq Agentliyi 1,5 milyon manatlıq 2 tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidməti (1), eləcə də proqrama cəlb olunan şəxslərin hazırlanması üçün təlim xidməti (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Abşeron Express" və "Gravıty INC." MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 849 min manat və 648 min manat, ümumilikdə 1,497 milyon manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol