Menu

Paşinyan 200 minə yaxın səs itirib

21.06.2021, 15:00
Paşinyan 200 minə yaxın səs itirib

İyunun 20-də keçirilən növbədənkənar parlament seçkisində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyaya cəmi 687 min 414 sesçici səs verib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, baş nazir vəzifəsini icra edən N.Paşinyan 2018-ci ildəki seçki ilə müqayisədə 200 minə yaxın seçici səsi itirib. Belə ki, həmin vaxt 884 min 864 seçicinin səs verdiyi Paşinyana son seçkidə 197 min 450 nəfər az - 687 min 414 nəfər səs verib.

Həmçinin, qeyd olunur ki, Paşinyanın partiyasının qazandığı səslər seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq, 2018-ci ildə ümumilikdə seçmək hüququ olan vətəndaşların sayının 34.1 faizini təşkil edirdisə, 2021-ci ildə cəmi 26.5 faizini təşkil edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol