Menu

"Pakistanlı mütəxəssislər minaların təmizlənməsində iştirak etməyə hazırdır" - Komandan

21.06.2021, 16:34
"Pakistanlı mütəxəssislər minaların təmizlənməsində iştirak etməyə hazırdır" - Komandan

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

"Report" xəbər verir ki, general həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.

Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol