Menu

AŞPA-dan seçki dəyərləndirməsi – “Qütbləşmiş və qeyri-mükəmməl keçib”

21.06.2021, 20:39
AŞPA-dan seçki dəyərləndirməsi – “Qütbləşmiş və qeyri-mükəmməl keçib”

Ermənistanda növbədənkənar parlament seçkisini müşahidə etmiş AŞPA seçkini rəqabətli, amma qütbləşmiş dəyərləndirir.

"Ermənistandakı erkən seçki rəqabətli və yaxşı, amma aqressivləşmiş ritorika ucbatından qütbləşmiş və qeyri-mükəmməl keçib. " - AŞPA-nın rəsmi “Twitter” hesabında yazılıb.

"Dərin qütbləşmə yaxşı təşkil edilmiş seçkilərə xələl gətirməyib," - AŞPA nümayəndə heyətinin rəhbəri George Katrougalos bildirib. 

O deyib ki, nəticələrin bütün siyasi partiyalar tərəfindən qəbul ediləcəyi və kampaniyanın sərt ritorikasının tarixə göndəriləcəyi ümid edilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol