“Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq” - Ərdoğan

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

“TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.

İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”, deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, toplantıda alınan qərara əsasən, iyulun 1-dən etibarən Türkiyədə pandemiya səbəbindən tətbiq olunan komendant saatı ləğv olunacaq. Bununla yanaşı, bir sıra məhdudlaşdırıcı tədbirlər də yumşaldılacaq.

635x100

Şərhlər

Eli 2021-06-21 22:18:30

Allah her iki Prezidente uzun ömr ve cansağlığı vetsin her ikisinin sözü imzaları qeder deyerli ve etibarlıdır .Allah herikisini qorusun Allah Türkü qorusun Sllah haqq terefinde olanlatı qorusun aoy heç vaxt mezşumun haqqı yeyilmesin ,yeyilerlsr Türkün sözüne qelemine ve qılıncına qüvvet versin

Son yazılar