Avroittifaq Krıma görə sanksiyaların müddətini uzadıb - Daha bir il

Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyaların müddətini uzatmaq qərarına gəlib - sanksiyalar Krımın «ilhaqı» səbəbilə tətbiq edilib.

Qarara görə, sanksiya məhdudiyyətləri 23 iyun 2022-ci il tarixə qədər uzadılır.

Aİ Şurası mətbuat xidmətinin xatırlatdığı kimi, sanksiyalar əvvəlcə 2014-cü ilin iyununda «Ukraynanın ərazi bütövlüyünü və ölkədə sabitliyi pozmaq cəhdlərinə cavab olaraq tətbiq olunub». «Aİ Krımın və Sevastopolun Rusiya tərəfindən qanunsuz ilhaqını tanımır və beynəlxalq hüququn bu pozuntusunu pisləməkdə davam edir…»

Məhdudiyyətlər Avropa İttifaqına Krımda və ya Sevastopolda istehsal olunmuş məhsulların Aİ-na məqsədli idxalına, ifnrastruktur və ya maliyyə investisiyalarına, o cümlədən, Krımda və Sevastopolda turizm xidmətinə qadağa qoyur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar