Menu

Yeni texnologiya ilə sinə sümüyü kəsilmədən qapalı ürək əməliyyatları - Cərrahdan açıqlama

22.06.2021, 16:22
Yeni texnologiya ilə sinə sümüyü kəsilmədən qapalı ürək əməliyyatları - Cərrahdan açıqlama

Artıq Azərbaycanda da yeni texnologiya ilə sinə sümüyü kəsilmədən qapalı ürək əməliyyatları həyata keçirilir. 

Bu haqda ürək-damar cərrahı Uzm. Dr. Özgür Kocamaz məlumat verib: "Açıq ürək əməliyyatları uzun zamandır böyük texniki dəyişikliklər göstərmədi. Standart əməliyyatlar sinə sümüyü kəsilərək icra olunur. Sinə sümüyünün kəsilməsi bəzi ağırlaşmalara səbəb ola bilər. Sümüyün kəsilməsi böyük miqdarda qanaxmaya, qan itirilməsinə gətirib çıxara bilir. 

Döş sümüyünün bitişməsi uzun çəkdiyinə görə xəstələr bir neçə ay ancaq arxası üstə yatmaq məcburiyyətində qalırlar və bu da xəstələrdə kürək ağrısı, yuxu pozuntusu yaradır. Ən çox qorxduğumuz isə sinə sümüyünün bitişməməsi və infeksion ağırlaşmasıdır ki, uzun müddət stasionarda müalicə tələb edir və yüksək faiz ölümə səbəb olur. Son 3 ildə sinə sümüyü kəsilmədən edilməyə başlanan əməliyyatlar isə yuxarıda qqeyd olunan ağırlaşmalara çözüm oldu. Yeni texnologiya ilə artıq sinə sümüyü kəsilmədən bütün ürək əməliyyatlar klinikamızda icra olunur."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol