Menu

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb - VİDEO

22.06.2021, 17:18
Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb - VİDEO

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

“Report” “TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.

R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb.

“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol