Menu

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb

23.06.2021, 01:12
Gürcüstanın Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb

Bu gün Gürcüstanın Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə baş tutacaq toplantının gündəliyi açıqlanmayıb. İclasda həm Gürcüstan, həm də bölgədə təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol