İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti və ESD (Economic Social Development) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcək.
Bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransıdır.
Konfransın açılışında UNEC rektoru professor Ədalət Muradov, təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula və millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edəcəklər.
Konfrans saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalı üzərindən canlı yayımlanacaq.
ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Konfransa qəbul olunan məqalələr “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilir.
Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarusiya və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadi və Sosial İnkişaf 70-ci beynəlxalq elmi konfransı
25 iyun 2021
PROQRAM
25 iyun 2021, Bakı, Azərbaycan
| 11:00 – 11.50 | Rəsmi salamlama |
| 11:00 – 11:10 | Ədalət Muradov –Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor |
| 11:10 – 11:20 | Domagoj Cingula – Təşkilat Komitəsinin prezidenti, ESD |
| 11:20 – 11:30 | Niyazi Səfərov-AR İqtisadiyyat Nazirinin müavini |
| 11:30 – 11:40 | Firudin Qurbanov-AR Təhsil Nazirinin müavini |
| 11:40 – 11:50 | Ziyad Səmədzadə - AR Milli Məclisinin deputatı,i qtisad elmləri doktoru,professor, akademik |
| 11:50 – 12:35 | Plenar sessiya |
| 11:50 – 12:05 |
|
| 12:05 – 12:20 |
|
| 12:20 – 12:35 |
|
| 14:00 – 16:20 | ||
| I BÖLMƏ: | Davamlı inkişaf: yeni yanaşmalar və qlobal çağırışlar | |
| Moderatorlar: | prof. Ümüdvar Əliyev dos. Leyla Hacıyeva | |
| Katib: | dos. Günay Pənahova |
| Məruzəçilər: | ZOOM linki:https://zoom.us/j/99362314053 | ||
| 14:00 – 14:10 | Yadulla Həsənli Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sərdar Şabanov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Təhsil səviyyəsi və elmin ölkənin yoxsulluq səviyyəsinə təsirinin ekonometrik qiymətləndirilməsi: Azərbaycan nümunəsində | |
| 14:10 – 14:20 | Ümüdvar Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Günay Quliyeva Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Azərbaycan iqtisadiyyatının post-pandemiya dövründə bərpa imkanları və perspektivləri | |
| 14:20 – 14:30 | Rasim Həsənov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azər Həsənli Azərbaycan Dövlət İ qtisad Universiteti (UNEC) | Azərbaycanın makroiqtisadi davamlılıq problemləri: iqtisadi diversifikasiya üçün yeni yanaşma | |
| 14:30 – 14:40 | Gülənbər Əzizova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Arzu Hüseyn Azərbaycan Menecment və Turizm Universiteti | Mədəniyyət və Yaradıcı Sənayeləri inkişafının turizm sektoruna təsirinin qiymətləndirilməsi | |
| 14:40 – 14:50 | Müşfiq Quliyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Qeyri-stabil dünya iqtisadiyyatı şəraitində inkişaf etməkdə olan ölkələrdə ticarət inteqrasiyasının inkişafı | |
| 14:50 – 15:00 | Leyla Hüseynova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Mehriban Əliyeva Azərbaycan Dövlət İ qtisad Universiteti (UNEC) | Qarabağın azad edilməsinin ölkədə turizmin inkişafına açdığı perspektivlərin ekonometrik təhlili | |
| 15:00 – 15:20 | Fasilə | ||
| 15:20 – 15:30 | Leyla Hacıyeva Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | COVID-19 Azərbaycanın turizm sektoruna təsiri: problemlər və post Covid mərhələsində inkişaf perspektivləri | |
| 15:30 – 15:40 | Elçin Eyvazov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasının sosial-iqtisadi problemləri | |
| 15:40 – 15:50 | Xankişi Xankişiyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Rəqəmsal iqtisadiyyata keçid və qlobal bazarlarda rəqabətə davamlılığın təmin edilməsi | |
| 15:50 – 16:00 | Vüsalə Teymurova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Pandemiya proseslərinin əhalinin demoqrafik vəziyyətinə və işsizlik səviyyəsi ilə yanaşı digər iqtisadi proseslərə təsir imkanlarının ekonometrik təhlili | |
| 16:00 – 16:10 | Sərvinaz Xanlarzadə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Davamlı iqtisadi inkişaf sistemində sosial və mühit innovasiyalar əsas faktorlar kimi | |
| 16:10 – 16:20 | Günay Pənahova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) | Azərbaycanın inklyuziv artım konsepsiyasına keçidin imkanları və prioritetləri | |


Şərhlər