Menu

“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləni imzalayacaq” - Erməni mətbuatı

23.06.2021, 15:24
“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləni imzalayacaq” - Erməni mətbuatı

“Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərlikləri Geqarqunik vilayətinin Sotk-Xoznavar hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək və bundan sonra qoşunlar ön xətdən çıxarılacaq.”

“AzPolitika.info” xəbər verir ki, “Hraparak” qəzeti bu məlumatı Ermənistan Müdafiə Nazirliyindəki mənbələrdən əldə etdiyini yazıb

Mənbə bildirir ki, danışıqların keçirilməsi faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tərəfindən də bir gün əvvəl təsdiqlənib.

Digər informasiyaya görə isə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalayacaq: “Həmçinin məlumat var ki, Nikol Paşinyan, yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq”.

Şərhlər

Xalq 2021-06-23 18:18:34

inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol