Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Amerika yanğınsöndürənlərinin əmək haqqına təəсcüblənib.
«Röyter» agentliyi xəbər verir ki, əmək haqqının ölçüsü ilə tanış olandan sonra, dövlət başçısı Ağ Evdə stola yumruqla vurub.
Fovqəladə situasiyalar üzrə Federal idarənin rəhbərliyi ilə görüş zamanı dövlət başçısı mütəxəssislərin əmək haqlarını artıracağına söz verib.
«Etiraf etməliyəm ki, bunu bilmirdim - federal yanğınsndürənlərə 1 saat üçün 13 dollar ödəyirlər. Mənim administrasiyam buna son qoyacaq. Bu, gülüş doğuran aşağı əmək haqqıdır» - Bayden bəyan edib.
ABŞ lideri onu da qeyd edib ki, ölkə meşə yanğınları mövsümünə hazırlaşmalı, subasma və digər ekstremal iqlim şəraiti ilə mübarizə üçün lazımi resurslara malik olmalıdır. Onun sözlərinə görə, ölkəni ağır mövsüm gözləyir.
Bundan əvvəl Amerikanın Farminqton şəhərinin hakimiyyəti (Nyu-Meksika ştatı) əhalini suya qənaət etməyə çağırıb. Bu çağırış dairə üzrə yaşanan ekstremal quraqlıqla bağlıdır.
AzPolitika.info


Şərhlər
Yaxwidi eli zadi sinmiyib