"Virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur", - deyə sorğuya cavab olaraq qeyd olunub.


Şərhlər
Görəsən Azərbaycandakılabaratriyalarda Kovidin ayrı-ayrı ştammlarını fərqləndirə bilən testlər varmı? Mən şəxsən belə bir testlərin mövcudluğuna inanmıram. Axı necə olur, azərbaycanlıların milyonlarla yaşadığı və intensiv gediş-gəlişi olan Rusiyada 100 minlərlə insan, digə ölkələrdə də çox sayda insan DELTA ştamına yoluxur, bizdə 1 nəfərdə də olsun DELTA ştamlı xəstə tapılmır ki, tapılmır....