Menu

"Bütün təhsil işçiləri vaksinasiyadan keçərsə, əyani tədrisə qayıtmaq olar" - BŞTİ müdiri

24.06.2021, 10:26
"Bütün təhsil işçiləri vaksinasiyadan keçərsə, əyani tədrisə qayıtmaq olar" - BŞTİ müdiri

“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, amma bu, yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə yeri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi çox vacib şərtdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol