Menu

Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib

25.06.2021, 00:08
Qırğızıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı yeni səfiri barədə fərman imzalayıb. “Report” xəbər verir ki, bu barədə ölkə prezidentinin rəsmi saytı məlumat yayıb.

Fərmana əsasən, Kayrat Mederbekoviç Osmonaliyev Qırğız Respublikasının Azərbaycandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, K.Osmonaliyev “Azərbaycanın Qırğız Dostları Klubu”nun prezidenti, hüquq elmləri doktoru, professordur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol