Menu

"AVİABİLETLƏRİN QİYMƏTİNƏ YENİDƏN BAXILSIN" - Deputat AZAL-a çağırış edib

25.06.2021, 11:34
"AVİABİLETLƏRİN QİYMƏTİNƏ YENİDƏN BAXILSIN" - Deputat AZAL-a çağırış edib

“Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var, çoxlu sayda müraciətlər alırıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri deyib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan da Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol