Menu

Cəbhədə atəşəs pozuldu

22.10.2014, 09:07
Cəbhədə atəşəs pozuldu

Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 13 dəfə pozulub.

Müdafiə Nazirliyindən bildiriblər ki, Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol