Türkiyənin Azərbaycandakı səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.
“Report” xəbər verir ki, təbrik mesajı diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.
“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, - təbrik mesajında deyilir.
Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq. pic.twitter.com/eUfcCUMaPU
— Bakü Büyükelçiliği (@TCBAKUBE) June 25, 2021


Şərhlər