Menu

"Azərbaycanla siyasi əlaqələr başlıca istiqamətimizdir" - Qırğız səfiri

26.06.2021, 11:11
"Azərbaycanla siyasi əlaqələr başlıca istiqamətimizdir" - Qırğız səfiri

"Qırğız Respublikasının Azərbaycandakı səfirliyi üçün iki ölkə arasında siyasi əlaqələrin inkişaf etdirilməsi qarşıdakı fəaliyyətin başlıca istiqaməti olacaq".

Bunu “Report”a Qırğız Respublikasının yeni təyin olunmuş səfiri Kayrat Osmanaliyev bildirib.

Diplomat həmçinin iqtisadi əməkdaşlığın da gündəmdəki mühüm məsələ olduğunu dilə gətirib.

“Bununla yanaşı, mədəni-humanitar əlaqələr də ölkələrimiz arasındakı əməkdaşlığın ən səmərəli sahəsi ola bilər” – deyə səfir əlavə edib.

Xatırladaq ki, yeni səfir Kayrat Osmanaliyev Azərbaycana gələn ay gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol