Menu

Azərbaycan manatının dövretmə sürəti azalıb

26.06.2021, 11:26
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,5 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,1 bənd, yanvarın 1-nə nisbətən 0,07 bənd, ötən il iyunun 1-i ilə müqayisədə isə 0,37 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Şərhlər

İxtiraçı? 2021-06-26 16:01:35

Mahiyyəti, səbəbi nədir? İstehsal, istehlak irəliləyirmi ki, pul dövriyyəsi də olsun? Bankların, yüksək məmurların heç bir texniki-iqtisadi və ictimai əsası olmayan motivasiyaları heç də ölkə iqtisadiyyatı sayıla bilməz?t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol