İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər
İşğalçının ayaqları Azərbaycanı BMT TŞnin qətnaməsinə zidd olaraq 27 il hərbi işğalda saxlayıb? Hələlik, Berlindəki kimi İrəvanda hərbi tərksilah haqda müqavilə imzalanmayıb? Görünür ki, Sülh istəyən isə yalnız 33 il hərbi işğalda qalan Azərbaycandır?
Deməli hələ bunların başları əzilsədə 12saat 10 dəqiqə bizə atəş açıblar və məndə belə bir sual yaranır, başları əzilməsəydi onda necə???...
atəşkəsi ruslar pozurlar! Allah bu alçaqların başlarına gətirsin müharibəni!
Nə qədər ki sülh müqaviləsi yoxdur,Putin regionu sakit buraxmayacaq.