Menu

“NATO-nun Rusiya qarşısında birbaşa müharibə qorxusu var” - Almaniya səfiri

28.06.2021, 00:05
“NATO-nun Rusiya qarşısında birbaşa müharibə qorxusu var” - Almaniya səfiri

NATO ölkələri Rusiya ilə ümumi müharibəyə cəlb olunmaqdan qorxurlar.

Bu barədə Almaniyanın Kiyevdəki səfiri Anka Feldhauzen bəyan edib («Həftənin gügüsü»).

«Çünki NATO-nun üstünlüklərindən biri - Vaşinqton Müqaviləsinin 5-ci maddəsidir. Və hamı Rusiya ilə birbaşa müharibədən qorxur» - səfir izah edib.

Beləliklə, diplomat izah edib ki, nə üçün hamı alyansda razı deyil ki, Ukraynanı NATO-ya qəbul etsinlər. Feldhauzen ifadə etdiyi kimi, «NATO-da hamişə müharibənin getdiyi ölkələrdə problemlər olub».

Səfir göstərib ki, NATO Ukrayna ilə demək olar, hər gün əməkdaşlıq edir, amma onun təşkilata üzvlüyü barədə qərar «bu gün-sabah» verilməyəcək.

«NATO-da 30 dövlət əməkdaşlıq edir və bu, konsensus təşkilatıdır. Bu konsensusu tapmaq lazımdır» - almaniyalı diplomat izah edib.

Vaşinqton Müqaviləsinin beşinci maddəsi NATO-da kollektiv təhlükəsizlik prinsipinə həsr olunub. Üzvlərdən birinə hücumun olmasına üzvlərin hamısına hücum olması kimi baxılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol